Mərkəzi Seçki Komissiyasının iclasında 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə namizəd Baxışov Elçin Niyaz oğlunun şikayətinə baxılıb.
Teleqraf.com-un məlumatına görə, MSK üzvü İlham Məmmədov bildirib ki, şikayətçi sözügedən DSK-nın seçkinin nəticələrinə dair qərarından şikayət edib.
İ.Məmmədov qeyd edib ki, şikayət əsassız olduğundan təmin edilməməlidir.
Şikayətçinin iştirakı ilə müzakirələr aparıldıqdan sonra şikayətin əsassız olmasına dair qərar qəbul edilib.