MSK-nın iclasında 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə namizəd Ülvi Həsənovun şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, MSK üzvü İlkin Şahbazov bu dairə üzrə yalnız 20 saylı məntəqədə səsvermənin nəticələrinin etibarsız sayılmalı olduğunu bildirib.
Qeyd edib ki, bu məntəqə üzrə protokolda uyğusuzluq və kifayət qədər pozuntu var.
Müzakirədən sonra 9 saylı Binəqədi birinci seçki dairəsi üzrə 20 saylı məntəqədə səsvermənin nəticələrinə dair qərar qəbul olunub.