MSK-nın iclasında 72 saylı Yardımlı-Masallı seçki dairəsi üzrə namizəd Nəsrəddin Qənbərov və Qubadəli Rzayevin şikayətinə baxılıb.
MSK üzvü Validə Kazımova bildirib ki, şikayətçilər seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını xahiş ediblər:
“Ancaq həmin seçki dairəsi üzrə hər hansı qanun pozuntusu aşkar edilməyib”.
Müzakirədən sonra bu şikayətin əsassız sayılması ilə bağlı qərar qəbul edilib.