21 Fevral 2020 22:21
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, 36 saylı Xətai Seçki Dairəsindən yeni seçilmiş millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında ötən gün DTX-nin Neftçalada keçirdiyi əməliyyatı şərh edib:

"DTX-nin peşəkarlıqla həyata keçirdiyi bu əməliyyatları yüksək qiymətləndirirəm. Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə bu cür tədbirlər Prezidentin siyasi iradəsinin göstəricisi olmaqla qanunun aliliyinin və törədilən cinayətə görə cəzanın labüdlüyünün təmin olunmasına öz müsbət təsirini mütləq göstərəcək. DTX-nin Neftçalada keçirdiyi əməliyyatdan hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır.

Amma bununla yanaşı məhkəmə hüquq islahatları dərinləşdirilməli, güclü məhkəmə hakimiyyəti yaradılmalıdır. Yalnız inzabati yollarla bu istiqamətdə ciddi uğurlar əldə etmək mümkün olmayacaq. Müəllimlər, həkimlər, kiçik çinli məmurlar əmin olsalar ki, rüşvət verməyəcəkləri halda onlar qanunsuz olaraq işdən çıxarılarsa, məhkəmələrdə öz hüquqlarını müdafiə edə biləcəklər, o zaman heç kimi rüşvət verməyə məcur etmək mümkün olmayacaq. Eyni zamanda büdcədən maliyyələşən işçilərə öz layiqli həyatlarını qurmağa bəs edəcək qədər maaş verilməlidir ki, qanunsuz yollarla pul qazanmağa can atmasınlar. Həmin maaşı vermək üçün isə iqtisadi islahatlar genişləndirilməlidir.

Baş verənləri həyata keçirilən islahatların nəticəsi hesab edirəm və hər kəsi islahatlara dəstək verməyə çağırıram".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər