MSK-nın iclasında 72 saylı Lənkəran şəhər seçki dairəsi üzrə namizəd Yadigar Sadıqlının şikayətinə baxılıb.
Teleqraf.com-un xəbərinə görə, MSK üzvü Ramiz İbrahimov bildirib ki, şikayətçi ilə əlaqə saxlanılıb və o, Lənkərandan Bakıya gəldiyini, yolda olduğunu və iclasda iştirak etmək istədiyini bildirib.
MSK bu şikayətə baxılmasını Yadigar Sadıqlı iclasa yetişənədək təxirə salıb.
Daha sonra Yadigar Sadıqlının iclasda iştirakı təmin edildikdən sonra iclas davam etidirilib.
MSK üzvü Ramiz İbrahimov bildirib ki, Yadigar Sadıqlı 73 saylı Lənkəran şəhər seçki dairəsinin qərarından MSK-ya şikayət edib:
“Bu, həmin DSK-ya daxil olmuş yeganə şikayətdir. Araşdırma ilə şikayətdə göstərilən hallar təsdiqini tapmayıb və DSK-nın 20 fevral tarixli qərarı qüvvədə saxlanılmalıdır”.
Yadigar Sadıqlı özü bildirib ki, bülletenlərlə tanış olmaq üçün müşahidəçilərə imkan yaradılmayıb və digər pozuntular baş verib.
MSK sədri Məzahir Pənahov əsas olacağı təqdirdə nəticələri ləğv etməyə meyilli olduqlarını bildirib.
Müzakirədən sonra şikayət təmin edilməyib.