MSK-nın iclasında 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə namizəd Arzu Səmədbəylinin şikayətinə baxılıb.
Teleqraf.com-un xəbərinə görə, MSK üzvü Tofiq Həsənov bildirib ki, şikayətdə əksini tapan məsələlər öz təsdiqini tapmayıb: “Müraciətin təmin edilməsi üçün əsaslar müəyyən edilməyib. Ona görə də şikayət əsassız hesab olunmalıdır”.
Müzakirədən sonra şikayət əsassız sayılıb.