MSK-nın iclasında baxılan sonuncu şikayət 112 saylı Qax seçki dairəsi üzrə namizəd Limunət Əmrahlının şikayəti olub.
Teleqraf.com xəbər verir ki, MSK üzvü Bəxşeyiş Əsgərov şikayətdə əksini tapan bu dairə üzrə 24 saylı məntəqədə səsvermənin nəticələrinin etibarsız sayılmalı olduğunu bildirib.
Müzakirədən sonra 112 saylı Qax seçki dairəsi üzrə 24 saylı məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb.