25 Fevral 2020 20:00
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

MSK-nın iclasında daha sonra fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtibi məsələsi müzakirə olunub.

Teleqraf.com xəbər verir ki, MSK katibi Arifə Muxtarova deyib ki, DSK-lar tərəfindən qanunla müəyyən edilmiş müddətdə tərtib edilərək MSK-ya təqdim edilib.

O bildirib ki, araşdırma nəticəsində 11 saylı Qaradağ seçki dairəsi üzrə 5 saylı, 54 saylı Şabran-Siyəzən seçki dairəsinin 12, 19, 45 və 61 saylı, 91 saylı Ucar seçki dairəsi üzrə 8, 13 və 20, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsi üzrə 3, 6, 24, 32 və 42 saylı, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə üzrə 66 saylı məntəqədə protokollar qanuna müvafiq tərtib edilmədiyindən onlar təsdiq edilməməli, həmin məntəqələrin nəticələri etibarsız hesab olunmalı, digər seçki dairələri üzrə məntəqələrdə protokollar qanuna uyğun şəkildə tərtib edildiyi üçün təsdiq edilməlidir.

A.Muxtarova qeyd edib ki, yekun protokol təsdiq edilməli, bu proses üzərində iş başa çatdıırlmalıdır.

Daha sonra seçkilərin nəticələrinə yekun vurulmasına dair səsvermə keçirilib. Qərar yekdilliklə qəbul olunub.

Hazırda səsvermənin yekunlarına dair protokolun hazırlanması üçün iclasda fasilə elan olunub.


Müəllif: Səxavət

Oxşar xəbərlər