1 Mart 2020 00:12
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibliyində partiyanın rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.

“Report” xəbər verir ki, müşavirədə çıxış edən Baş nazirin və YAP sədrinin müavini - icra katibi Əli Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafının uğurla davam etdiyini bildirib. Ə.Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası və onun fəalları qazanılan uğurların cəmiyyətimizdə təbliği baxımından aktiv fəaliyyət göstərir.

YAP sədrinin müavini partiyanın rayon təşkilatlarının seçki kampaniyasının uğurla keçirilməsi üçün öz işlərini yaxşı təşkil etdiklərini diqqətə çatdırıb. Belə ki, seçki kampaniyaları zamanı rayon təşkilatları öz resurslarını tam səfərbər ediblər. Eləcə də, bu prosesdə gənclər və partiyanın könüllülərinin fəallığı xüsusi qeyd olunmalıdır.

Əli Əhmədov qeyd edib ki, seçki kampaniyaları zamanı Prezident İlham Əliyevin siyasətinin uğurları, əldə olunan nailiyyətlər bir daha əhali arasında geniş təbliğ olunub. O qeyd edib ki, YAP bu seçki kampaniyalarını uğurla keçirməklə bir daha özünün cəmiyyətdəki nüfuzunu və rolunu təsdiq etmiş olub.

Ə.Əhmədov müşavirədə həmçinin qarşıda duran vəzifələrdən də danışıb.

Tədbirdə partiyanın rayon və şəhər təşkilatlarının rəhbərlərinə qarşıda duran vəzifələrlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər