3 Mart 2020 13:57
31 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropanın əxlaqı budur: Qaçqınlara görə Türkiyəyə 6 milyardın heç yarısını da ödəmə, Qərbin Suriyada ssenarisini cızdığı xaotik vəziyyətlə üz- üzə qoy və heç nə olmamış kimi davran. 100 il əvvəl də Rusiya, ABŞ, Fransa, Britaniya, İtaliya Türkiyə üzərindən oyunlar qururdular. Bu gün onlara Almaniya da əlavə olunub”.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, “Kanal İstanbul”un çəkilişi, Suriyadakı sabitlik bir çoxlarının maraqları ilə uzlaşmır:

“Onlara Rusiya və Türkiyə arasında münasibətlərin soyuması lazım idi. Bunu bacardılar. Digər tərəfdən, əminəm ki, Rusiyanın Suriyadakı generaliteti ciddi taktiki səhvə yol verdi. Türkiyəyə təzyiq ssenarisinin tərəfdarları əslində digərini pis vəziyyətə saldılar. Bu, Putin və Ərdoğanın formalaşdırdığı strateji hədəflərə təmamilə zidd idi. Hər iki lider indiki vəziyyəti istəmirdi. Deməli, daxildəki bəzi qüvvələr provokasiya edərək istəklərinə nail oldular.

Rusiyadakı güc strukturlarından başqa, oradakı müəyyən çevrələrə xidmət edən RT də bu oyundadır. Simonyan və Baqsadarov faktiki olaraq eyni anda Hatayın və ətraf ərazilərin Suriyadan qopardılaraq, Türkiyəyə verildiyini bəyan etdilər. Bu, 1920 -ci , 1980 -ci illərdəki eyni informasiya hücumu xəttidir. Yeri gəlmişkən, Rusiyadakı diasporamız və onlara yaxın qüvvələr RT- dən Simonyanın getməsi üçün ciddi işləməlidir. “Russia Today”ın sosial şəbəkədəki səhifəsindən görünür ki, indi siravi şimal vətəndaşları Simonyanların, Solovyovların simalarından beziblər. Lakin, görünən odur kı, Moskvada “gen” gəzən bizim oliqarxlar üçün başqa işlər prioritetdir”.

Zaur Məmmədov qeyd edib ki, son zamanlar Ermənistan tərəfindən idarə edilməyən ermənilərin Azərbaycan sərhədçilərinə qarşı təxribatları da təsadüf deyil:

“Kimsə Kremlin cənuba doğru irəliləməsini istəyir. Azərbaycan diasporasının, ekspertlərinin çiyinlərinə də çox böyük yük düşür. Ayrı - ayrı ölkələrdə erməni gizli qruplarını ifşa etmək lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər