Jurnalist Jalə Mütəllimiova Ana Vətən Partiyasında fəaliyyətini dayandırıb.
Teleqraf.com-un xəbərinə görə, bu barədə o özü məlumat verib.
O, partiya ilə bağlı hər hansı suala cavab vermək səlahiyyətinin olmadığını deyib: "Mən artıq partiya funksioneri kimi fəaliyyətimi xeyli vaxtdır dayandırmışam".
Qeyd edək ki, Jalə Mütəllibova bu ilin fevral ayında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının müşaviri təyin edilmişdi.