5 Mart 2020 12:54
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni seçilmiş Milli Məclisin ilk iclasının nə vaxt keçiriləcəyini deyə bilmərəm. Çünki hələlik bu barədə qərar qəbul edilməyib. Biz Konstitusiya Məhkəməsinin qərarını gözləyirdik.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.

O qeyd edib ki, qanuna görə, ilk iclas KM-nin qərarından sonrakı 7 gün ərzində keçirilməlidir:
“Bu barədə əlavə məlumat veriləcək”.

S.Mirzəyev Milli Məclisin strukturunda hansısa islahatların aparılıb-aparılmayacağına dair sualı cavablandırarkən deyib ki, hazırda bütün hakimiyyət orqanlarında islahatlar keçirilir:

“Yəqin ki, bu islahatlar Milli Məclisdə də keçiriləcək. Yəni, gözlənilir”.

Bununla belə S.Mirzəyev Milli Məclisdə bəzi şöbələrin ləğv edilməsi, yeni şöbələrin yaradılması barədə qərarın hələlik qəbul edilmədiyini vurğulayıb:

“Biz bu məsələ ilə bağlı iş aparırıq. Ləğv ediləcək, yeni yaradılacaq şöbələrlə bağlı mən hələlik məlumat verə bilmərəm. Ancaq biz bu barədə fikirləşirik”.


Müəllif: Səxavət

Oxşar xəbərlər