7 Mart 2020 09:16
5 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndiki zamanda Putin-Ərdoğan arasında razılaşma həm Türkiyə, həm də Rusiya üçün lazım idi. Rusiya 6 saatlıq danışıqdan sonra belə bir razılaşma əldə edir və Putin bu anlaşmada iki ölkənin dostluğunun mühüm rolu olduğunu deyirsə, deməli, rəsmi Kreml Ankara üçün nə isə hazırlayır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Cümşüd Nuriyev Türkiyə və Rusiya liderlərinin Moskvadakı görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, son 500 ildir iki ölkə arasında qarşıdurma hökm sürür:

“Axırıncı 200 ilə diqqət yetirsək, danışıqlarda Rusiya nə zaman taym-out götürübsə, həmişə bundan Türkiyəyə ziyan dəydiyini görərik. Böyük miqyaslı bir oyun gedir, Rusiya da dünyada ABŞ-dan sonra ikinci oyunçudur. Əslində Yaxın Şərqdə baş verən hadisələrin mərkəzində İsrail dayanır. Geriyə nəzər salsaq, görərik ki, XVIII əsrin sonunda yəhudilər yaxın 200 ildə böyük İsrail dövlətini bərpa etməklə bağlı qərar veriblər. Onlar planlarına uyğun olaraq I dünya müharibəsindən sonra Osmanlı imperiyasının parçalanmasını həyata keçirdilər, II dünya müharibəsindən sonra İsrail dövləti yarandı, indi III dünya müharibəsini gündəmə gətirmək istəyirlər. Yaxın Şərqdə baş verənlər böyük İsrail dövlətini yaratmaq üçün 200 il əvvəl qəbul olunan fikirlərdir”.

Cümşüd Nuriyev əlavə edib ki, son gedən proseslərdə məqsəd Yaxın və Orta Şərqdə lokal müharibə edib, sonra onu dünya müharibəsinə çevirməkdir:

“Əsas plan İraq, Suriya, Türkiyə və İranın ərazisini (əsasən də kürdlərin yaşadıqları ) özlərinə birləşdirməklə böyük İsrail dövləti yaratmaq olub. Türk alimlərinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, bütün bunları ABŞ-dakı yəhudilər edir. Bu gün də bu siyasət davam etdirilir. Artıq İraq oyundan çıxarılıb, Suriya parçalanıb, yarımçıqdır, İran bu məsələlərdə bir rol oynaya bilmir, ərəb dövlətlərini birmənalı şəkildə zərərsizləşdiriblər. Yeganə Türkiyə qalıb. Fransanın nədən 80 il öncə İdlibi Türkiyəyə verdiyini indi qabardırlar. Bunu isə “Sputnik Türkiyə” nümayəndəliyinin əməkdaşı Boztəpə edir. Əsas məqsəd ondan ibarətdir ki, Rusiya kəşfiyyatı “Sputnik” agentliyinin əli ilə bunları görür. Jirinovski “ Qars, Ərdahan bizimdir”, ermənilər isə “Böyük Ermənistan” xülyası ilə “Sürməlidən bu tərəfə torpaqlar bizim olmalıdır” deyir, cəmiyyəti buna kökləyirlər “.

Politoloqun fikrincə, bunun arxasında böyük yəhudi-erməni razılaşması var:

“Məqsəd də Türkiyəni parçalamaqdır. Çünki Türkiyə Yaxın və Orta Şərqin əsas açar dövlətidir, tarixən aparıcı olub. Son 800 ildə türk dünyası bütün dünyaya meydan oxuyub, 600 illik Osmanlı imperiyasını heç cür həzm edə bilmirlər. İnvestisiyalar yatırıb, həmin dövlətləri gözükölgəli edirlər ki, əleyhimizə getsəniz, ölkəni qarışdıracağıq, rəngli inqilabların arxasında dayanırlar. Hətta İranı belə sakitləşdiriblər. Türkiyə ciddi problemlə üz-üzədir, ona görə də Ərdoğan bu addımı atmaqla düz etdi. İdlibdə atəşkəs qərarı qəbul olundu. Danışıqların ən böyük xidməti ondan ibarətdir ki, Ərdoğan çox ağıllı addım atdı, gördü ki, Rusiya ilə yəhudilər bir qapıya oynayır, ona görə məcbur olub müvəqqəti olaraq oyundan kənara durdu. Hələlik Türkiyə dayanmalıdır ki, özünü toparlaya bilsin”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər