10 Mart 2020 19:45
1 702
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk plenar iclasda sədarət, komitə sədrləri və müavinləri seçilməli idi, bu da baş tutdu. Fakt olaraq ölkəmizdəki ikinci dəfə qadın parlament sədri oldu. Maraqlıdır ki, onun da soyadı Qafarovadır, uğurlar diləyirəm. İlk iclasla bağlı xüsusi bir təəssüratım yoxdur. Özüm Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinə yazıldım.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Erkin Qədirli deyib.

Erkin Qədirli seçicilər, cəmiyyət üçün iş görməyə çalışacağını bildirib:

“Qanunvericilik planı müzakirəyə təqdim olunanda təkliflərimiz daha aydın olacaq. Öz layihələrimi də çalışacağam müzakirəyə çıxaraq”.

O, özünə qarşı irad və ittihamların davam etdiyini qeyd edib:

“Əlbəttə, bunlar məni narahat edir, amma nə etmək olar. Feysbukdakı səhifəmi təhqiredici şərhlərdən təmizləmək üçün dondurmuşdum. Blok siyahım davam edir”.

Erkin Qədirli təkbaşına heç nə edə bilməyəcəyinə dair fikirlərlə razılaşmadığını da əlavə edib:

“Bunu zaman göstərəcək, gələcəklə bağlı indi bir söz demək istəməzdim”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər