Milli Məclisin deputatı, BAXCP sədri Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının Baş prokuroruna sorğu ilə müraciət edib.
Teleqraf.com xəbər verir ki, deputat sorğunu Milli Məclisin plenar iclasında səsləndirib.
Qüdrət Həsənquliyevin sorğusunda tütün və tütün məmulatlarının reklamının aparılmasının qanun pozuntusu hesab olunması əksini tapıb.
Millət vəkili qeyd edir ki, reklam haqqında qanunun 28-ci maddəsi tütün məmulatlarının reklamını qadağan edilir və bu qanunun işləməsinə ciddi ehtiyac var.