27 Mart 2020 16:24
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus səbəbindən bir qrup məhkumun azadlığa buraxılması ölkə insanları tərəfindən dəstəklə qarşılanır.

Bu fikirləri Teleqraf.com-a hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Hüquq müdafiəçisi bildirib ki, bu addıma görə, əməyi olan hər kəsə təşəkkür edir:

“Dostlarımızında təmsil olunduğu İctimai Komitə fəaliyyət göstərir. Onların köməkliyi ilə çox sayda məhkumun azadlığa buraxılmasına nail olmuşuq. Qeyd edim ki, biz Monitorinq Qrupunun adından Prezident İlham Əliyevə müraciət etmişdik. Sağ olsun, müraciətimiz müsbət qiymətləndirildi”.

Novella Cəfəroğlu əlavə edib ki, indi dünyada müşahidə olunan COVİD-19 epidemiyası kasıbdan-zənginə, fəhlədən-nazirə qədər hamı üçün təhlükəlidir:

“Odur ki, bu gün hər yaxşı addım alqışlanmalı, bizi birləşdirməlidir. Prezident başda olmaqla hökumətin epidemiya ilə bağlı addımları da dəstəklənməlidir. Məhkumların işlərinə təcili baxaraq onların müəyyən bir hissəsinin azadlığa buraxılması da müsbət hadisədir. Məhbusların yaxınlarının ürəkləri yanır, düşünürlər ki, birdən vəziyyətləri ağır olar, xəstəlik olar və s. Çox yaxşı haldır ki, Penitensiar Xidmətin müəssisələrində koranavirus epidemiyasına rast gəlinməyib”.

Hüquq müdafiəçisi əmindir ki, məhkumların azadlığa buraxılması prosesi davam edəcək:

“Azərbaycanda ab-hava dəyişməlidir. Biz bir-birimizə dayaq olmalıyıq. Dünyada heç bir ölkə heç bir ölkəyə dayaq olmadı. İndi-indi bir-birlərinə dərman, maska göndərirlər. Biz də həmrəy olmalı, bir-birimizə dəstək olmalı, birləşməliyik”.


Müəllif: Cavad

Oxşar xəbərlər