28 Mart 2020 19:43
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya çox ciddi təhlükədir. Azərbaycan bu ciddi problemin həlli ilə bağlı bütün imkanlarını səfərbər edib. Azərbaycan hökumətinin qəbul etdiyi qərarlar beynəlxalq təşkilatlar, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələri əsasında formalaşıb. Ən əsası problemin qarşısını almaq üçün qərar katantin və izolyasiyanın tətbiq edilməsindən ibarətdir. Mənə elə gəlir ki, vətəndaşlarımız məsuliyyətli formada bu təhlükəyə yaxınlaşmalı, öz əzizlərini qorumaq üçün verilən tövsiyyələrə əməl etməlidirlər. Əminəm ki, bu gün cəhalətə yer yoxdur, buna imkan yaratmamalıyıq.

Bu fikirləri Teleqraf.com-a DİP sədri, millət vəkili Asim Mollazadə dünyada müşahidə olunan pandemiya və Azərbaycanın bundan qorunması üçün atdığı addımları şərh edərkən deyib. Deputat xatırladıb ki, pandemiya ilə bağlı dünyada ağır proseslər müşahidə olunur: “Bunun üçün də Azərbaycan vətəndaşlarını qorumaq üçün dövlət çalışmalıdır ki, qəbul edilən qərarların icrasına riayət olunsun və proseslər nəzarət altında qalsın”. Deputat əhaliyə çağırış edərək karantin rejiminə əməl olunmasının vacibliyini bildirib: “Mənə elə gəlir ki, karantinə əməl etməyənlər İranın, İtaliyanın, İspaniyanın nümunələrinə baxmalı və nəticə çıxarmalıdırlar. Gördüyünüz kimi məsuliyyətsiz olmasının fəsadları çox ağır nəticələr yaradır. Odur ki, Azərbaycanda cəhalətə yer yoxdur.

Vətəndaşlarımız məsuliyyətli olmalı,özlərini və yaxınlarını qorunmaq üçün ciddi tədbirlər görməlidirlər. Bu da ilk növbədə izolyasiyadan və karantinin şərtlərinə əməl etməkdən ibarətdir”.


Müəllif: Cavad

Oxşar xəbərlər