30 Mart 2020 11:28
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis plenar iclasında “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, layihəni deputatlara Müdafiə, təhlükəsizlik və korrupsiya komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.

Komitə sədri bildirib ki, qanun layihəsinin bir məzmunu var: “Bizdə il ərzində 4 dəfə çağırış olur. Hazırkı situasiyanı nəzərə alaraq aprelin 1-də olan çağırışın mayın 31-nə qədər uzadılır”.

Ziyafət Əəgərov əlavə edib ki, indiki halda virusu hərbi hissələrə daşıya bilmərik: “Bu virus Silahlı Qüvvələrə keçsə görün hansı nəticələr yarada bilər. Hesab edirəm ki, cənab prezidentin situasiyanı nəzərə alaraq belə bir qərar verib.


Müəllif: Cavad

Oxşar xəbərlər