“Ziyafət müəllimin fikirlərini dəstəkləyirəm. Əlavə edirəm ki, biz, əslində üç virusa qarşı mübarizə aparırıq. Bunlar koronavirus, Ermənistan və sapı özümüzdən olan baltalardır”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Komitə sədri bildirib ki, bəziləri xaricdə və daxildə olan vasitələrlə bunun daha da genişlənməsi, hökumətin bunun öhdəsindən gəlməməsi ilə bağlı fikirlər səsləndirirlər:
“Ancaq xaricdə olan həmin şəxslərin çoxu olduqları ölkələrdə heç bayıra çıxa bilmirlər”.