30 Mart 2020 13:12
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən bəri bir çox tarixi adlar, toponimlər yersiz dəyişdirilib”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclis yanında Toponimiya komissiyasının tərkibi haqqında qanun layihəsinin müzakirəsi zamanı Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı deyib.

Deputat əlavə edib ki, parlamentarizm tarixində bəziləri Azərbaycanın tarixi adlarının dəyişdirilməsinə səs veriblər: “Onların bəziləri hazırda da burada oturub. Azərbaycanda tarixi adların dəyişdirilməsi yolverilməzdir. Hesab edirəm ki, biz toponimləri qorumalıyıq. Bu, bizim keçmişimiz və tariximizdir. Biz bunları dəyişməməliyik”.


Müəllif: Cavad

Oxşar xəbərlər