31 Mart 2020 23:44
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qərar, göstəriş və tövsiyələrini birmənalı yerinə yetirmək lazımdır. Çünki bu tapşırıq və qadağaların hamısı əhalinin sağlamlığına xidmət edir. İnsan sağlamlığına xidmət edən bu qərar və qadağalara etinasız yanaşmaq, karantin şərtlərini pozmaq müəyyən dərəcədə savadsızlığa işarədir. Mən, vətəndaşlarımızı belə savadsız davranışlardan uzaq olmağa dəvət edirəm.

Bu fikirləri Teleqraf.com-a professor Cahangir Məmmədli deyib.

Cahangir Məmmədli hesab edir ki, Azərbaycan birlikdə, həmrəylik içində COVİD-19 virusuna qalib gələcək. Onun sözlərinə görə, hər əsassız yerə evdən çıxmaq, kənar şəxslə təmasda olmaq infeksiyaya yoluxmaq deməkdir:

“Bunun da sonu ölümə gətirir. Hər bir məsuliyyətsiz davranış, elan olunan qaydaları pozmaq, həyatını riskə atmaq və ətrafındakı insanları da təhlükə ilə üzləşdirmək deməkdir. Hesab edirəm ki, insanlarımız real təhlükəni anlamalıdırlar”.

Professor xatırladıb ki, karantin rejiminin qaydaları ötən gün sərtləşdirilib:

"Bir sutkadır ki, pəncərədən baxıram və küçədə nadir hallarda insanları görürəm. Hesab edirəm ki, qadağaları bir qədər də sərtləşdirmək lazımdır. Yəni küçələrə əsassız yerə toplaşan tək-tük adamlar da görünməsin. Çünki bizim camaatımız bir qədər qadağalara öyrənmiş toplumdur. Baş sığallamqla nəyisə maksimum təmin etmək çətindir. Odur ki, hüquqi normalar vacibdir və onu sərtləşdirmək lazımdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər