7 Aprel 2020 19:43
3 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cəbhədə Azərbaycanı müharibəyə təhrik edənlərin məqsədi Kremli tələyə salmaqdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, 100 il əvvəl Rusiya imperiyasının dağılmasında maraqlı olan bəzi Qərb dairələri qondarma inqilabdan istifadə edərək, Sovet İttifaqını qurdular:

“Sovet İttifaqının dağılması da, məhz 1980-ci illərin sonlarında Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin başlanması ilə reallaşdı. İndi isə həmin Qərb qüvvələri Paşinyanın köməyi ilə incə şəkildə Cənubi Qafqazda mübaribəni alovlandıraraq öz qüvvələrini bölgəyə yeritmək və daha sonra Şimali Qafqaza girmək istəyirlər.

Qərb qüvvələri Rusiyanın cənub torpaqlarında qeyri-sabitlik yaratmaq niyyətindədir. Həmin qüvvələr eyni zamanda ermənilər üçün də mümkün ssenari hazırlayıblar. Burada məsələ erməni dövlətinin ərazilərinin genişlənməsindən gedir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər