10 Aprel 2020 22:44
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, xarici siyasət idarələrinin başçıları cari vəziyyəti və koronavirusun yayılmasına qarşı mübarizə ilə bağlı hər iki dövlətin həyata keçirdiyi tədbirləri müzakirə ediblər.

Nazirlər gələn həftə ikitərəfli əməkdaşlıq məsələlərinin daha geniş müzakirəsini aparmağı razılaşdırıblar.

Qeyd edək ki, Rusiya koronavirusun diaqnostikası üçün Azərbaycana 70 dəst test sistemi verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər