12 Aprel 2020 13:37
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası müəyyən dövlətlərin siyasətinə təsir edəcək. Gördüyünüz kimi, ölkələrin bir-birilə təmasları möhkəmlənir, həmrəylik hitləri nümayiş olunur. Hətta bir-birilə dost olmayan dövlətlər pandemiya mərhələsində bir-birinə humanitar yardımlar göndərir. Bu onu göstərir ki, dövlətlərin siyasətində müyyən dəyişikliklərin gözlənilməsi əsassız deyil.

Bu fikirləri Teleqraf.com-a politoloq Fikrət Sadıqov “Pandemiya regional münaqişələrin həllinə necə təsir göstərə bilər” sualına cavabında deyib.

Politoloq əlavə edib ki, əslində dünyadakı münaqişələr müxtəlif xarakterlidir və bir-birinə bənzərlik yoxdur:
“Bu mərhələdə bəzi münaqişə ocaqlarında sakitlik özünü göstərir. Məsələn, İsrail-Fələstin münaqişəsində stabilliyi görürük. Hətta Suriya ərazisində indi fəal silahlı qarşıdurmalar yaşanmır. Sanki münqişə tərəfləri sakitliyi bərpa etməklə bir növ onun həllinin alterativi olmadığını göstərir. Buna misal kimi hətta Əfqanıstanı da göstərmək olar”.

Bununla yanaşı müsahibimiz deyir ki, bəzi ölkələr öz iddialarından əl çəkmək niyyətində deyillər:

“Məsələn, Ermənistan kimi iddiası özündən böyük olan ölkələr. Təsəvvür edin ki, dünyada qlobal əhəmiyyətli tədbirlər təxirə salındı, amma pandemiyaya baxmayaraq, ermənilər Dağlıq Qarabağda "seçki" keçirdi. Ermənistan təmas xəttində daim təxribatlarla məşğul olur, snayperlərlə bizə atəş açırlar. Bu fanatik yanaşma onunla bağlıdır ki, onlar belə bir təhlükənin olmasına baxmayaraq, iddialarından əl çəkmirlər. Bu, onların psixi durumu ilə bağlıdır. Görünür, dünyada daha ciddi proseslər getməlidir ki, onlara təsir etsin. İndilikdə görünən budur ki, dünyanın qarşılaşdığı bu bəşəri problemlə yanaşı ortaya çıxan çağırışlar Ermənistandan yan ötür”.


Müəllif: Cavad

Oxşar xəbərlər