15 Aprel 2020 09:05
2 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər karantin rejiminə birmənalı olaraq hər birimiz riayət etsək, bunu uzatmaya bilərlər. Ancaq ortada olanlar göstərir ki, buna riayət edilmir.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin millət vəkili, yazıçı Aqil Abbas deyib.

Millət vəkili qeyd edib ki, gündəlik rəsmi məlumatlardan, mediada yayılan xəbərlərdən aydın olur ki, 3-5 min insan cəzalanıb, saxlanılanlar var:

“Evdə qal” çağırışları təsadüfi deyil. Əgər dünya bu yanaşmanı qəbul edirsə, dünyanın inkişaf etmiş ölkələri insanlara bununla bağlı çağırışlar edirsə, deməli, biz hamımız buna əməl etməliyik. Amma bəzən etmirik, bütün hallarda müsəlmanıq”.

Aqil Abbas bildirib ki, şəxsən onun özü yaxın zamanlarda karantin rejiminin ləğv ediləcəyinə inanır:

”Ancaq bunun ayın 20-də ləğv ediləcəyini deyə bilmərəm. Səbəbini də izah etdim. "Evdə qal" məsələsinə ciddi yanaşılmalıdır. Lakin insanlar hansısa yolla evlərindən bayıra çıxmaq istəyirlər, buna meyl edirlər. Bildirim ki, karantin rejiminin on gün müddətinə uzadıla bilmə ehtimalını da gözləyirəm. Əlbəttə, mən bunu konkret iddia etmirəm. Nə Operativ Qərargahda işləyirəm, nə də dövlət məmuruyam. Amma ziyalı, deputat kimi müşahidələrimin nəticəsini deyirəm. Mətbuatı izləyəndə aydın olur ki, insanlar bəzən karntin rejiminə əməl etmək istəmir. Bu, olmaz. Əgər kimlərsə karantinin tez ləğv edilməsini istəyirsə, hökumətin dediyinə qulaq asmalıdır. Yalnız bu halda karantin rejimi vaxtında ləğv edilə bilər”.


Müəllif: Cavad

Oxşar xəbərlər