15 Aprel 2020 11:58
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımır.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Gürcüstan Azərbaycan Respublikasının bu bölgəsində keçirilən qondarma “prezident seçkiləri”nin ikinci mərhələsini də tanımır.

“Gürcüstan Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü dəstəkləyir, həmçinin münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyir”,- məlumatda bildirilib./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər