17 Aprel 2020 11:06
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, iclasa Milli Məclisin spikeri Sahibə Qafarova sədrlik edir.

Spiker çıxış edərək Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 14-də keçirilən 2020-ci ilin I rübünün yekunlarına dair müşavirə haqqında danışıb:

“Koronavirusla əlaqədar atılan addımlar sosial-iqtisadi inkişafa öz tövhəsini verəcək. Dövlət başçısı çıxışında islahatların aparılmasına da toxundu və bu prosesin davam edəcəyini bildirdi. Prezidentin siyasi inkişaf xəttinə Milli Məclis də öz tövhəsini verəcək”.

Spiket bildirib ki, Prezident Avropa Şurasının Azərbaycanın işğal olunmuş ərazilərində qondarma rejimin keçirdiyi saxta seçkilərə münasibət bildirməməsini haqlı olaraq pisləyib:

“Bilirsiz ki, mən 10 il Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşam.Orada olan bir sıra qüvvələr ermənilərdən də daha çox Ermənistanı müdafiə ediblər. Milli Məclis olaraq biz də Avropa Şurası Parlament Assambleyasına etiraz məktubu göndərmişik”.

Sahibə Qafarova həmçinin anti-milli qüvvələri tənqid edib. O qeyd edib ki, həmin anti-milli qüvvələr ermənilərin maraqlarına xidmət edirlər.


Müəllif: Cavad

Oxşar xəbərlər