Milli Məclis üzvləri qanvermə aksiyasında iştirak edəcəklər.
Teleqraf.com-un xəbərinə görə, bu haqda Milli Məclisin plenar iclasında spiket Sahibə Qafarova məlumat verib.
Spiker xatırladıb ki, ölkənin I vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə xəstə insanlara yardım üçün qanvermə aksiyası başlanılıb:
"Milli Məclis də bu təşəbbüsə qoşulub və həkim heyəti, binada xüsusi yer ayrılıb. Parlament üzvləri sabah könüllü olaraq qan verə bilər. Bununla bağlı əlavə məlumatı Milli Məclisin aparatından öyrənə bilərsiniz”.