Bizim Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin çox gözəl ənənəsi var. Hər zaman əhatəli qanunların ictimai müzakirəsini keçiririk. Təklif edirəm ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər ətrafında ikinci oxunuşa qədər ictimai müzakirə təşkil edilsin.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə deputat Azay Quliyev Cinayət Məcəlləsinə edilən dəyişikliklər haqqında danışarkən deyib.
Deputat xatırladıb ki, qanuna təklif olunan dəyişikliklərdə yenilik çoxdur: “Əlbəttə, mən anlayıram ki, koronavirus problemi səbəbindən belə ictimai müzakirələr keçirmək asan deyil. Ancaq hansısa formada ictimai müzakirələr təşkil etmək və burada vətəndaş cəmiyyətinin hüquq ekspertlərinin iştirakını təmin etmək olar”.