17 Aprel 2020 16:51
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baxmayaraq ki, Azərbaycanda pandemiya ilə bağlı vəziyyət nəzarət altındadır, biz öz tədbirlərimizi vəziyyətə uyğun şəkildə atmalıyıq. Bizim üçün prioritet məsələ dəfələrlə qeyd etdiyim kimi insanların sağlamlığı, həyatı və sosial müdafiəsidir”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda çıxışı zamanı deyib.

“Təbii ki, bu şəraitdə iqtisadi sahəyə daha çox diqqət verməliyik. Çünki hər kəs bilməlidir ki, əgər bizim güclü iqtisadi imkanlarımız olmasa, biz öz sosial siyasətimizi uğurla apara bilməyəcəyik. Xüsusilə pandemiya dövründəki bu xəstəlik və bu xəstəlikdən yaranan fəsadlar böyük maliyyə vəsaiti tələb edir. Ona görə pandemiya dövründə bizim üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır.

Hər kəs bilməlidir ki, bu böyük bəla bütün dünyanı böyük sınaq qarşısında qoyub və bu günə qədər 140 mindən çox insan həyatını itirib. Bu xəstəlik sərhədlər tanımır. Əgər ilkin mərhələdə bu xəstəlik Azərbaycana xaricdən gətirilibsə, hazırda daxili yoluxma prosesi gedir. Ancaq bildirməliyəm ki, sərt və qabaqlayıcı tədbirlər nəticəsində biz bu vəziyyəti nəzarət altında saxlaya bilirik. Son 3-4 günün statistikası müəyyən mənada nikbinlik üçün əsas yaradır”, - dövlət başçısı qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər