18 Aprel 2020 21:25
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezidentin tapşırığı ilə dövlətdən yardım alan insanların sayı birdən-birə 3 dəfə artırılaraq, 200 mindən 600 minə çatdırıldı. Bu, o deməkdir ki, faktiki olaraq, ehtiyacı olan heç kim bu yardımdan kənarda qalmayacaq. Beləliklə, bu istiqamətdə olan bütün mübahisələrə son qoyuldu”.

Koronavirus pandemiyası dövründə Azərbaycanda sosial sahədə görülən işlər barədə Teleqraf.com-a danışan Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov belə deyib.

Onun sözlərinə görə, dövlət göstərdi ki, məqsəd real olaraq hər şeydən üstün tutduğu vətəndaşı yaranan problemlərin qarşısında tək qoymamaqdır:

“Həm də təkcə işsizləri yox. Pandemiyadan zərər çəkən sahələrdə işləyən 300 mindən çox insanın əməkhaqlarının böyük hissəsi dövlət tərəfindən ödənilir. Həmçinin, 300 minə yaxın mikrosahibkara da maliyyə vəsaiti ayrılıb.

Bununla yanaşı, işsiz insanlar kütləvi şəkildə qeydiyyata alınırlar, əmək müqaviləsi olmadan çalışanların iş yerləri rəsmiləşdirilir. Vətəndaşın və sahibkarın səhlənkarlığından, dürüst olmamasından doğan problemləri hökumət təcili və kütləvi qaydada həll edir ki, rəqəmlər real vəziyyəti daha doğru əks etdirsin. Məhz bunun nəticəsində son günlərdə on minlərlə yeni əmək müqaviləsi bağlanılıb. Pandemiya keçib gedəcək, ancaq bu insanların vəziyyətinin rəsmiləşdirilməsi onların əlavə xeyri olacaq.

Təbii ki, cəmiyyət Prezidentin bu qayğısını görür, anlayır və başa düşür. Məhz buna görə son günlərdə dövlət başçısına gələn təşəkkür məktublarının sayı-hesabı yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər