19 Aprel 2020 08:17
1 582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbayan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasına qarşı əhalimizi qorumaq, bu bəladan sağ-salamat çıxarmaq naminə atdığı addımlar və gördüyü tədbirlər alqışlanmalıdır. Cənab prezidentin qərarı ilə birdəfəlik ödəmələr 600 min insana şamil ediləcək. Əvvəl bu rəqəm 200 min insan üçün nəzərdə tutulurdu. Bu sayın 3 dəfəyə qədər artırılması prezidentin həssas təbəqəyə olan münasibətinin əyani təzahürüdür.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov Azərbaycan dövlətinin pandemiyaya qarşı gördüyü tədbirlər çərçivəsində həssas qrupla, işsizlərlə bağlı məqama geniş diqqət ayırması haqqında danışarkən deyib.

Deputat əlavə edib ki, prezidentin bu addımı alqışlanmalıdır:

“Dünyanın inkişaf edən böyük dövlətləri də müəyyən addımlar atır. Həssas qruplara qarşı, məşğulluq istiqamətində atılan addımlara görə Azərbaycan dünyada ilk yerlərdə durur. Bu məsələdə Rusiyadan öndəyik. Əhalinin, yardım alan ailələrin sayına görə Azərbaycanın bu məsələdə nümunəvi yerlərdən birini tutduğunu deyirəm. Bu, o deməkdir ki, dövlətimiz, dövlət başçımız bütün gərginliklərə, iqtisadiyyatda olan problemlərə baxmayaraq, xüsusilə əhalinin yardıma ehtiyacı olan təbəqəsinin qayğısına qalır. Bunu bir nömrəli məsələ kimi gündəmdə saxlayır. Pandemiya ilə bağlı işini itirənlər, günəmuzd işləyənlər, işizlər qrupu var ki, prezidentin atdığı adım onlara diqqət və qayğının təzahürüdür. Cənab prezident ötən gün çıxışı zamanı bəyan etdi ki, 190 manatlıq dəstək 600 min insana göstəriləcək və bu, may ayı üçün də nəzərdə tutulacaq. Həmçinin onun ödənilməsi banklar vasitəsilə həyata keçiriləcək. Yəni hər hansı bir məsuliyyətsiz hallara yol verilməyəcək. Cənab prezident məsələni belə qoyur. Bütün bunlar göstərir ki, ölkə başçısı bu ağır dönəmdə qarşıya əsas məqsəd kimi bir məsələni qoyur: hər şey vətəndaşımız üçün edilməli, onların sağlamlığı qorunmalı, əhalimiz bu bəladan az itki ilə çıxmalıdır. Bu addım ancaq alqışlana bilər”.

Deputat xatırladıb ki, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi də nəzərdə tutulub.

Onun sözlərinə görə, bu istiqamətdə tələb olunan vəsait il ərzində 40 milyon manat olacaq:

“Belə tələbələrimizin sayı az deyil. Söhbət ödənişli təhsil alan 10 minlərlə balamızdan gedir. Onların təhsil xərclərinin dövlət tərəfindən həll edilməsi baş verir. Gələcəkdə kreditlərlə, məşğulluq, kommunal ödənişlərlə bağlı da məsələlər nəzərdə tutula bilər. Cənab prezident bunları nəzərə alır. Maksimum çalışır ki, bu çətin vəziyyətdə imkanlar hesabına əhalimizin həssas qrupu köməksiz qalmasın”.


Müəllif: Cavad

Oxşar xəbərlər