21 Aprel 2020 12:21
3 520
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Prezidenti Vladimir Putinin SSRİ-nin bərpası ilə bağlı dedikləri geniş müzakirə obyektinə çevrilib. Təbii ki, təhlilçilər öz qənaətlərində onun nə qədər təhlükəli olacağını sübut edirlər. Lakin, nəzərə almaq lazımdır ki, Putin SSRİ-ni kiminlə bərpa etmək istəyir?”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Əvəz Həsənov deyib.

Onun sözlərinə görə, Rusiya özünün ən yaxın partnyoru Belarus Respublikası ilə 25 ildir bir ittifaq yaratmaq oyununu sona çatdıra bilmir:

“Ukrayna əldən gedib. Gürcüstan artıq fərqli siyasi kursa alışıb. Ermənistan yaxın partnyor olmasına baxmayaraq, qərblə münasibətlərini dərinləşdirir. Orta Asiya Respublikaları da artıq Rusiyadan asılı olmayan mövqelərini dərinləşdirməklə məşğuldur. Əvvəl əhəmiyyət vermədikləri Türk dünyası faktoruna diqqət yönəldiliblər. Azərbaycan Respublikası da Rusiya ilə distansiya siyasətini elə SSRİ dağılandan təmin edə bilib.

Bəs SSRİ dağılandan sonra onun yerinə yaradılan MDB, KTMT hardadır? Azərbaycan bu yaranan qurumlarla əməkdaşlığında da, distansiya saxlamaq siyasətindən əl çəkməyib.

Rusiyanın özündə keçmiş SSRİ ölkələrini çox az adam artıq “doğma” qəbul edir. Keçmiş sovet respublikalarının xoşbəxt günlərini xatırlayan eloktarat belə onları yenidən geri qaytarıb başlarına bəla görmək istəmirlər. Rusiyanın özü o qədər problem içərisindədir ki, onlara perspektivi qeyri-müəyyən olan əməkdaşlıq nəyə lazımdır? Yeni və yaxud köhnə SSRİ ideyası xülyadan başqa bir şey deyil. Rusiyanın özündə liberal siyasi kurs dərinləşdikcə bu ideyanı puça çıxaracaqlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər