Ali Atestasiya Komissiyası SSRİ dövründən qalma qurumdur. Dövlət hazırda ciddi islahatlar keçirir. Hesab edirəm ki, bu qurum ləğv edilməlidir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə “Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev bildirib.
Deputat qeyd edib ki, dünyanın hər yerində universitetlərin özlərinin elmi dərəcəsi var: “Universitetlərdə müdafiə edirlər və elmi dərəcələr alırlar”.
Q.Həsənquliyev bildirib ki, AMEA da sovetlər dönəmindən qalma elm ocağıdır:
“Dünyanın hər yerində ən ciddi elmi tədqiqatlar universtetlərin laboratoriyalarında aparılır. Bizdə humanitar sahələri çıxmaq şərti ilə AMEA-da hələ son illər ciddi elmi nailiyyət haqqında mətbuatda məqalə oxumamışam. AMEA-nı müasir universitetə çevrimək lazımdır. Onun da başına gənc, müasir düşüncəli insan gətirilməlidir. Özəlləşdirilməlidir, özəl universitet olmalıdır”.