Bu gün Milli Məclisdə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, qanun layihəsini Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.
Komitə sədri bildirib ki, qanun layihəsi dövlət rüsümlarının azaldılmasını ehtiva edir: “Məsələn, nigaha daxil olmaq üçün ölkə ərazisində 5 manat, xaricdə isə azərbaycanlılar üçün 40 dollar nəzərdə tutulurdu. Bu qanun layihəsi 40 dolların 10 dollara endirilməsini nəzərdə tutur. Bundan başqa, 4 əlavə maddə də qanun layihəsində yeni redaksiyada verilib
Məsələn, xaricdən deportasiya olunan sənədini itirmiş şəxslər, oğurlanmış vətəndaşlarımıza, insan alveri qurbanlarına müvvəqədi pasportlar da rüsumsuz veriləcək”.