Azərbaycan və Ermənistan xarici işlər nazirlərini müqayisə etmək mümkün deyil. Halbuki bizim nazir daha qətiyyətli olmalı, radikal çıxışları ilə erməni naziri yerində oturtmalıdır.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Fəzail Ağamalı deyib.
O, əlavə edib ki, Azərbaycan xarici işlər nazirini tənqid edən deputatlardan biri də özüdür:
“Hesab edirəm ki, buna hörmətlə yanaşmaq lazımdır. Qarabağ məsələsi başda prezident olmaqla hər birimizin bir nömrəli işidir”.