28 Aprel 2020 15:46
2 516
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənilər Rusiyanın mövqeyini ciddi tənqid edirlər. Beləcə göstərirlər ki, onların hər hansı siyasi ümidləri Rusiya ilə bağlı deyil. Ermənilər Rusiyaya ümid etmirlər, istəkləri Qərbin bir hissəsi olmaqdır. Bunu da bəyan edirlər. Fikrimcə, bundan sonra da onlar hər vəchlə göstərməyə çalışacaqlar ki, qərbyönümlü siyasət həyata keçirir, Rusiyadan uzaq qaçırlar. Bu, onların əsas məqsədidir. Bir daha qeyd edim ki, Nikol Paşinyan bir portniyor kimi Rusiya tərəfindən qəbul edilmir”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri politoloq Tofiq Zülfüqarov Ermənistan hakimiyyətinin son davranışlarını şərh edərkən deyib.

Onun fikrincə, Nikol Paşinyanın hakimiyyətə gəlməsi bu mənada təsadüfi deyil:

“Paşinyan və komandası hakimiyyətə niyə gəlib? Çünki ermənilər başa düşüblər ki, Rusiyadan nəsə almaq mümkün deyil. Nə almaq mümkündürsə, artıq alıblar. Paşinyan hakimiyyətə ona görə gəlib ki, dövlət siyasətini Rusiyadan qərbə döndərsin”.


Müəllif: Cavad

Oxşar xəbərlər