Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Azay Quliyev təşkilatın videokonfrans formatında keçirilən onlayn Büro iclasında iştirak edib.
İclasda bir sıra təşkilatı məsələlər müzakirə olunub.
Onlayn toplantıda ATƏT PA-nın Vankuverdə keçirilməsi planlaşdırılan illik yay və San-Marinoda nəzərdə tutulan payız sessiyalarının təxirə salınması, qurumun prezidenti başda olmaqla Büro üzvlərinin də səlahiyyətlərinin 2021-ci ilin iyuluna kimi uzadılması, Daimi Komitənin və ümumi komitələrin onlayn iclaslarının təşkili haqqında razılıq əldə edilib.