29 Aprel 2020 17:17
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Afrində baş verən terror hadisəsi çox dəhşətlidir. Azyaşlı uşaqlar daxil olmaqla 50-yə yaxın mülki insan öldürülüb. Bu, ağır cinayət hadisəsidir və cinayətkarlar hökmən cavab verməlidir.

Bu fikirləri Teleqraf.com-a politoloq Oqtay Qasımov ötən gün Afrində baş verən qanlı terror hadisəsi haqda danışarkən deyib.

Onun fikrincə, Suriya ərazilərində belə gərgin durum, qanlı terror hadisələri gözləniləndir:

“Nə qədər ki, Suriya ərazilərində legitim hakimiyyət formalaşmayıb, dünya gücləri ortaq məxrəcə gələrək Suriyanın ərazi bütövlüyü məsələsində yekun qərar verməyib, belə qanlı hadisələr davam edəcək”.

Politoloq xatırladıb ki, bu saat dünyanın ən böyük terror qruplaşmalarının məskunlaşdığı əsas ərazi Suriya torpaqlarıdır: “Burada YPG/PKK qüvvələri var. Bəzi iddialara görə, onların nəzarətində 70 minə yaxın silahlı şəxs var. Eləcə də İdlib vilayətində çox müxtəlif cəryanları təmsil edən radikal terror qrupları var. Söhbət təxminən 20-dən çox terror təşkilatından gedir. Qeyri-rəsmi məlumatlara görə, onların döyüşçülərinin sayı az deyil. Sözsüz ki, bu sayda terror təşkilatlarıın olduğu ərazilərdə belə terror aktları baş verəcək. Çox təəssüflə deməliyəm ki, Suriya ərazilərində belə qanlı cinayətlərin tezliklə aradan qalxacağını gözləməyə dəyməz. Terror bataqlığı qurudulmayana, Suriyada normal dövlət hakimiyyəti formalaşmayana və xarici qüvvələr Suriya ərazilərindən çıxarılmayana qədər belə hadisələrin baş verməsi təbii axarla gedəcək”.


Müəllif: Cavad

Oxşar xəbərlər