30 Aprel 2020 15:30
1 980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ danışıqlarının əhəmiyyətinin danışıqlar başlamazdan əvvəl sıfıra yaxın olduğu prinsipcə bəlli idi. Çünki Ermənistan xarici işlər nazirinin bəyanatından sonra aydın oldu ki, onların masa arxasında danışıq aparmaq qabiliyyəti yoxdur. Onlar faktiki riyakarlıqla məşğul olaraq ağa qara deyir və faktları inkar edirlər.

Bu fikirləri Dağlıq Qarabağ münaqişəsinə dair aparılan danışıqlar və gözləntilər haqqında Teleqraf.com-a danışan politoloq Fikrət Sadıqov bildirib.

Politoloq xatırladıb ki, danışıqlar prosesində neçə illərdir ki, mərhəlləli həll planı ətrafında müzakirələr aparılır: “Madrid prinsipləri, Kazan sənədi, Madrid prinsiplərinin yeniləşmiş variantı və digər sənədlər. Yəni tərəflər faktiki olaraq bu sənədlər ətrafında müzakirələr aparırdılar. Razılıq verməsələr də, müəyyən müzakirələr aparılırdı və Minsk Qrupu həmsədrlərinin müəyyən təzyiqləri də müşahidə edilirdi. Ancaq indi erməni tərəfi faktiki olaraq danışıqları pozur. Hesab edirəm ki, həmsədrlər erməni tərəfinin davranışlarına konkret münasibət ifadə etməlidir”.

Politoloq əlavə edib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun son bəyanatını təsadüfi saymaq olmaz:

“Lavrov elan etdi ki, mərhələli plan mütləq həyata keçirilməlidir. Burada tək Qarabağ məsələsi deyil. Lavrovun ifadələrinə diqqət edəndə hiss edilir ki, o, sadəcə olaraq, indiki Ermənistan hakimiyyətindən qisas almaq istəyir. Lavrov tərəfindən səslənən ifadələrdə erməni tərəfini küncə dirəmək niyyəti özünü göstərir. Faktiki olaraq rəsmi İrəvana işarə edilir ki, əgər bizdən uzaqlaşsanız, mövqeyimiz belə olacaq, özünüzü yığışdırın. Əlbəttə, bu Rusiya-Ermənistan münasibətləri konkteksində ortaya çıxır.

Hesab edirəm ki, danışıqlar prosesinə dair bizim mövqeyimiz daha sərt olmalıdır. Biz hücum taktiksında olmalıyıq. Ermənistanın başını sığallamaqla heç bir məsələ həllini tapmayacaq. Biz bəzi hallarda danışıqlardan imtina etməyi bacarmalı, onlara sərt cavab verməliyik. Bu, diplomatik yolla, bəzi hallarda hərbi yolla həyata keçirilməlidir”.


Müəllif: Cavad

Oxşar xəbərlər