Milli Məclis Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini üçüncü oxunuşda müzakirəyə çıxarıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə deputatlara Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib.
O, bildirib ki, dəyişikliklərlə bağlı ictimai dinləmələr keçirilib, qanunvericilik təşəbbüsü ilə çıxış edən subyektin nümayəndələri, habelə ictimaiyyət təmsilçiləri iştirak edib.
Qanunvericilik təşəbbüsü ilə çıxış edən subyektin nümayəndələri ilə müzakirələr zamanı deputatların irəli sürdüyü bəzi təkliflər nəzərə alınıb.
Bəlli olub ki, deputat Qüdrət Həsənquliyev və vitse-spiker Adil Əliyevin irəli sürdüyü bəzi təkliflər nəzərə alınıb.
Daha sonra məsələ səsə qoyularaq qəbul edilib.