4 May 2020 20:13
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada koronavirus pandemiyası ilə çox gərgin mübarizə getdiyi bir vaxtda Azərbaycan həm ölkədə bu mübarizənin gedişində böyük nailiyyətlər əldə edir, həm də beynəlxalq münasibətlər sahəsində əlaqələrin demək olar ki, qırıldığı bir şəraitdə beynəlxalq inteqrasiyaya öz töhfələrini verir. Azərbaycanın pandemiya ilə mübarizədə nəticələri böyükdür. Ölkəmiz həm də imkanlar nə qədər məhdud olsa, əlaqələr nə dərəcədə zəifləsə də, beynəlxalq inteqrasiyaya sülh, təhlükəsizlik naminə öz töhfələrini verə bilir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Aydın Quliyev bildirib.

O qeyd edib ki, Prezident, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə zirvə görüşünün təşkili, hətta müəyyən beynəlxalq təşkilatların, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının da bu işə cəlb olunması həm Azərbaycanın koronavirus pandemiyası ilə mübarizədə əldə etdiyi nailiyyətlərin dünya ilə bölüşdürülməsi, həm də dünya dövlətləri arasında indiki şəraitdə əlaqələrin daha da gücləndirilməsinə öz töhfəsini verdi:

“Eynilə bu gün Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusa qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda zirvə görüşü məhz Azərbaycanın sədrliyi dövründə və ölkəmizin təşəbüsü ilə keçirilir. Bu, yaranmış şəraitdə beynəlxalq inteqrasianın yeni və müasir formasının tətbiqi kimi dəyərləndirilə bilər.

Qoşulmama Hərəkatının 2019-cu il oktyabrın 25-26-da Bakıda keçirilən XVIII zirvə görüşündən sonra bu hərəkatın dünyadakı nüfuzu və onun fəaliyyətində yeni məzmun yarandığı kimi, heç şübhəsiz ki, bu gün keçirilən videokonfrans vasitəsilə zirvə görüşü də Qoşulmama Hərəkatının tarixində yeni mərhələ açacaq, onun fəaliyyətinə yeni məzmun qazandıracaq. Xüsusilə də Qoşulmama Hərəkatının üzvü olan ölkələrin müəyyən bir qisminin inkişaf etməkdə olan ölkələr olduğunu nəzərə alsaq, Azərbaycanın bir çox sahələrdə əldə etdiyi nailiyyətlərin onlar üçün gözəl təcrübə olacağına şübhə yoxdur. Koronavirusla mübarizə sahəsində Azərbaycanın bugünkü modeli dünyanın inkişaf etmiş böyük ölkələri üçün nümunə kimi qəbul olunursa, demək Qoşulmama Hərəkatı üçün Azərbaycanın bu mübarizəsi və təcrübəsi çox əhəmiyyətli olacaq. Ümumiyyətlə, Azərbaycan bu formatla dünyaya töhfə verəcək”.


Müəllif: Səxavət

Oxşar xəbərlər