4 May 2020 20:53
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxtəlif istiqamətli xarici siyasət yürütmək Azərbaycanın xarici siyasət fəlsəfəsini təşkil edir. Qoşulmama Hərəkatı çərçivəsində də dünyanın 120 ölkəsi təmsil olunur. Baxmayaraq ki, biz bu təşkilata cəmi 4 il əvvəl üzv olmuşuq. Amma ölkəmiz üzv olduqdan dərhal sonra bu təşkilat çərçivəsində öz fəallığı ilə seçilib. Təsadüfi deyil ki, ölkəmiz hazırda Qoşulmama Hərəkatının sədridir.

Bunu Teleqraf.com-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusa qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda zirvə görüşünün keçirilməsi göstərir ki, Azərbaycan bu təşkilat çərçivəsində dövlət və milli maraqlarının reallaşdırılması üçün bundan sonra da əlindən gələni əsirgəməyəcək:

“Çünki biz bilirik ki, koronavirus pandemiyasına baxmayaraq dünyada siyasi proseslərdə də mühüm addımlar atılmaqdadır. Belə olan təqdirdə biz təşkilat daxilində də maraqlarımızın reallaşdırılmasını həyata keçirə bilərik. Bu gün artıq dünyanın bütün qitələri koronavirusla mübarizə aparır. Qoşulmama Hərəkatında BMT-nin üzvü olan ölkələrin 2/3 hissəsi cəmləşib. Bu ölkələrin ümumi səyləri nəticəsində qlobal böhrana – pandemiyaya qalib gəlmək mümkündür. Azərbaycan bu gün məhz Qoşulmama Hərəkatı çərçivəsində həmin səyləri birləşdirən bir ölkədir”.

Z.Məmmədov qeyd edib ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın üzərinə çox böyük vəzifə düşür:

“Əgər Azərbaycanın bu təşkilat daxilində kifayət qədər rolu, nüfuzu olmasaydı 2019-cu ilin oktyabrın 25-26-da hərəkatın XVIII zirvə görüşünün Bakıda keçirilməsinə şahidlik edə bilməzdik. Onu da qeyd edim ki, məhz həmin sammitin yekun bəyannaməsində Ermənistan işğalçı və təcavüzkar adlandırılmışdı. Koronavirusla mübarizə isə ümumi səylərin birləşdirilməsini tələb edir. Qoşulmama Hərəkatının bir çoxu Asiya və Afrikanın inkişaf etməkdə olan ölkələridir. Bəzən bu ölkələr “üçüncü dünya ölkələri” adlanır. Bu kimi ölkələrdə pandemiyaya qarşı mübarizə yalnız birgə, koordinasiya olunmuş şəkildə aparılarsa effekt verə bilər”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər