5 May 2020 11:30
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan parlamenti Ali Məhkəmə hakimlərinin təyin edilməsi haqqında məsələyə baxıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəməyə hakim namizədlərlə bağlı vitse-spiker Əli Hüseynli məlumat verib.

Qeyd edək ki, "Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” layihəyə əsasən, Bakı Apelyasiya Məhkəməsinin hakimləri Kəmalə Abiyevanın, Zaur Əliyevin, Vüqar Həsənovun, Abidin Hüseynovun, İsmayıl Xəlilovun, Elşad Şamayevin, Şirvan Apelyasiya Məhkəməsi sədrinin müavini Ələsgər Novruzovun, Gəncə Apelyasiya Məhkəməsinin hakimi İspəndiyar Şəfiyevin, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Aqil Abbasovun, Çingiz Əsgərovun, Bəhman Qəribovun və Bəhram Məmmədlinin Ali Məhkəmənin hakimləri təyin olunması təklif edilir.

Əli Hüseynli qeyd edib ki, Ali Məhkəmədə 41 hakim ştatı var. Onun sözlərinə görə, son dövrlər yaş həddi ilə bağlı 9 vakant ştat yaranıb.

Deputat Aydın Mirzazadə qeyd edib ki, hakimlər müstəqillik dövrünün yetirmələridir.


Müəllif: Cavad

Oxşar xəbərlər