Milli Məclis "Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” layihəni müzakirəyə çıxarıb.
Teleqraf.com xəbər verir ki, Ali Məhkəmənin hakimləri Vəfaddin İbayevin, Akif İsgəndərovun, Əli Seyfəliyevin, Qürbət Əsgərovun vəzifələrinin dəyişdirilərək Bakı Apelyasiya Məhkəməsinin hakimləri, həmçinin, Yasamal rayon Məhkəməsinin hakimi Ramin Qurbanov, Sabunçu rayon Məhkəməsinin hakimi Ziya Şirinov, Səbail rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyev, Yasamal rayon Məhkəməsinin hakimi Emin Mehdiyev və Nizami rayon Məhkəməsinin hakimi Rəşad Həsənovun Bakı Apelyasiya Məhkəməsinin hakimləri təyin edilməsi təklifi əksini tapıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təyin ediləcək hakimlərin tərcümeyi-halı haqqında danışıb, deputatları prezidentin təşəbbüsü ilə parlamentə daxil olan layihəni dəstəkləməyə çağırıb.