5 May 2020 12:37
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaranmış şəraitdən həm ölkə daxilində, həm də xaricdən siyasi alver məqsədilə istifadə edənlər, öz şəxsi maraqları naminə dövlətin ümumi siyasətinə kölgə salmaq istəyənlər bilməlidirlər ki, dövlət indi hər şeyi görür.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Musa Qasımlı deyib.

O bildirib ki, dövlət orqanlarının fəaliyyətinə heç bir şəkildə kölgə salmaq olmaz:

“Yardımların paylanmasını çox şəffaf şəkildə həyata keçirən rayonlardan biri də Yardımlıdır. Bu rayonda yardımlar hər bir insana şəffaf şəkildə çatdırılıb”.

Deputat Sabir Rüstəmxanlı isə Musa Qasımlının fikirlərinə qarşı çıxıb:

“Son vaxtlar Yardımlıda yardımların qeyri-dəqiq aparılması ilə bağlı sosial şəbəkələrdə mən çıxış etmişəm. Görünür, Musa Qasımlı icra başçısının adından danışır. Musa Qasımlı gedib kəndləri gəzsə hər şeyi görər”.


Müəllif: Cavad

Oxşar xəbərlər