5 May 2020 12:29
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün ictimai nəzarət və onun tətbiqi ən aktual məsələlərdən biridir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.

Azay Quliyev xatırladıb ki, ölkə başçısı Milli Məclisin ilk iclasında etdiyi çıxışda da ictimai nəzarətin önəmindən bəhs edib:

“Biz, bu gün həmin nəzarətin kifayət qədər yüksək səviyyədə həyata keçirilməsindən danışa bilmirik. İctimai şuralar yaradılmalıdır. 33 mərkəzi icra hakimiyyəti orqanının yalnız 11-də belə qurum yaradılıb. Yerli icra hakimiyyəti orqanlarında isə vəziyyət ürəyaçan deyil. Burada vətəndaşlar, ayrı-ayrı qurumlar dediyim qurumların fəaliyyətinə açıq şəkildə nəzarət həyata keçirilə bilər. Bu gün aidiyyəti dövlət qurumları bu şuraların yaradılmasında maraqlı olmalıdır.

Bəziləri həmin şuraları yaratsa da, bu, formal xarakter daşıyır. Qurumdan qrant alan ictimai şuralar həmin qurumdan asılı vəziyyətdə olacaqlar”.


Müəllif: Cavad

Oxşar xəbərlər