6 May 2020 20:36
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taksi ilə evə qayıdan Çexiyanın Xarici İşlər naziri Tomaş Petrşiçek qəza keçirib, avtomobilin sürücüsü ölüb.

Teleqraf.com xəbər verir ki, hadisə bu gün saat 4 radələrində Praqanın mərkəzinə yaxın Nuselskoy küçəsində baş verib. Aşağı sürətlə hərəkət edən taksi park edilmiş avtomobilə çırpılıb.

Polisin nümayəndəsi Violeta Sirjiştyova bildirib ki, 62 yaşlı taksi sürücüsünün ürək çatışmazlığı var imiş. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qəzada başqa heç kimin xəsarət almadığı qeyd olunur.


Müəllif: Səxavət

Oxşar xəbərlər