1999-cu və 2009-cü ildə bələdiyyəyə seçilənlər torpaq qalmayıb, hamısını satılıblar.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev deyib.
R.Nurullayev bildirib ki, bu müddət ərzində bələdiyyələrin fəaliyyəti yoxlanmalı və ciddi həbslər olmalıdır:
“Bələdiyyələrin nə səlahiyyəti var ki? Başı qapazlı qurumdur. Bələdiyyə sədrləri icra başçıları ilə razılaşmaya gedir, onların əlaltısına çevrilir. Bələdiyyələr elan edir ki, bu işləri daxili vəsait hesabına edirik. Daxili vəsait nə deməkdir? Məsələn, Milli Məclisin daxili vəsaiti varmı? Yox! Bu, rüşvətdir”.
Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli isə Razi Nurullayevə etiraz edib:
“Bu sahədə müəyyən addımlar aılıb. Bu sahədə bələdiyyələrin öz yolu, öz mövqeyi var. Qüsur və nöqsanlar da mövcuddur. Bu qüsurların üzərinə gedən deputatlar var. Razi müəllim, xahiş edirəm, çıxışlarınıda diqqətli olun. Sizin çıxışınız bir mərsziyə vardı, ona bənzəyir. Adınız da oxşardır. Sizin adınız Razidir, onun adı isə Racidir. Siz hər dəfə çıxış edəndə mərsiyə yada düşür".