9 May 2020 09:13
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında Prezident İlham Əliyev Azərbaycanın koronavirusa qarşı mübarizə sahəsində təcrübəsinin ən mütərəqqi və ən insansevər təcrübə olduğunu bildirib. Bu, həqiqətən də belədir.

Bunu Teleqraf.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O qeyd edib ki, bu gün bütün dünyada yeni növ koronavirus infeksiyası – COVID-19 pandemiyasına qarşı mübarizə aparılır:

“Azərbaycanda koronavirus infeksiyasına qarşı mübarizə digər ölkələr üçün nümunə göstərilir. Azərbaycan dövləti üçün başlıca məsələ vətəndaşların sağlamlığıdır. Hazırda Azərbaycanda formalaşdırılmış müasir səhiyyə sistemi koronavirusla mübarizə sahəsində bütün lazımi tədbirləri görməyə imkan verir. Lakin qeyd etmək lazımdır ki, son dövrlərdə ölkəmizdə koronavirusa yoluxanlarla sağalanlar arasında müsbət dinamika müşahidə olunsa da bəzi insanların məsuliyyətsiz davranışı nəticəsində infeksiyaya yoluxanların sayı yenidən artır. Bu cür məsuliyyətsiz davranış davam edəcəyi təqdirdə karantin rejimi əvvəlki vəziyyətə gətiriləcək və sərtləşdiriləcək. Çünki təcrübə göstərir ki, xüsusi karantin rejimi sərtləşdirilən zaman pandemiyaya qarşı daha effektiv nəticə olunur. Xüsusi karantin rejimi sərtləşdirilən zaman isə qaydaları pozanlara qarşı ciddi tədbirlər görüləcək. Koronavirusun yayılmaması üçün vətəndaşların şəxsi məsuliyyəti mühüm şərtdir. Şəxsi gigiyena qaydalarına riayət etmək başlıca tələbdir. Maska taxmaq, sosial məsafə saxlamaq, tez-tez əlləri yumaq, dezinfeksiya vasitələrindən istifadə etmək bir qayda olmalıdır”.

Ölkəmizdə korrupsiya hallarına qarşı amansız mübarizə aparıldığını vurğulayan İlyas Hüseynov aztəminatlı şəxslər üçün nəzərdə tutulmuş yardımların mənimsənilməsinin dövlət başçısnın qeyd etdiyi kimi dövlətə qarşı xəyanət olduğunu vurğulayıb.

Müsahibimiz bütün dünyada böyük insan tələfatına səbəb olan pandemiya dövründə Azərbaycanın dünyanı birləşdirdiyini də vurğulayıb:

Dövlət başçısının təşəbbüsü ilə aprelin 10-da videokonfrans vasitəsilə Türk Şurasının fövqəladə zirvə görüşü və mayın 4-də isə BMT Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatının “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Təmas Qrupu formatında zirvə görüşü bir daha Azərbaycana və dövlət başçımıza olan inamın, etibarın və etimadın göstəricisi kimi qiymətləndirilib. Bu zirvə görüşləri ölkəmizin koronavirus pandemiyası ilə bağlı formalaşan yeni reallıqlara, yaranmış vəziyyətə çevik və adekvat reaksiya verdiyini göstərdi. Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, sözü ilə əməli vəhdət təşkil edən, ləyaqətli ölkədir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər